Şirvanda oğul yumruqla atasını qətlə yetirib

Şirvanda oğul yumruqla atasını qətlə yetirib
# 11 mart 2020 22:27 (UTC +04:00)

Şirvanda qətl törədilib, oğul atasını öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib.

43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib, bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib.

Oğul saxlanılıb. Z.Xanışoviun meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR