Abşeronda 3, Yardımlıda 5 otaqlı ev yanıb

Abşeronda 3, Yardımlıda 5 otaqlı ev yanıb
# 15 aprel 2024 09:37 (UTC +04:00)

Abşeron və Yardımlıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR