Abşeronda 2 mərtəbəli evdə yanğın olub

Abşeronda 2 mərtəbəli evdə yanğın olub
# 19 iyun 2024 09:07 (UTC +04:00)

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR