ADY: Sərnişin qatarında partlayış xəbəri yalandır

ADY: Sərnişin qatarında partlayış xəbəri yalandır
# 22 fevral 2024 21:19 (UTC +04:00)

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR