Ağdam sakini həmyerlisinə bıçaqla xəsarət yetirib

Ağdam sakini həmyerlisinə bıçaqla xəsarət yetirib
# 03 dekabr 2023 04:14 (UTC +04:00)

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cavid adlı şəxs eyni ünvanda yaşayan Rasim adlı şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alan şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR