Ağdamda iki maşın toqquşub, xəsarət alan var

Ağdamda iki maşın toqquşub, xəsarət alan var
# 09 oktyabr 2024 17:19 (UTC +04:00)

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Minik maşınında sıxılıb qalan 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nın xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ona ilkin tibbi yardım göstərilib, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR