Bank Of Baku

Bərdədə qəza olub, ölən və yaralananlar var

Bərdədə qəza olub, ölən və yaralananlar var
# 09 iyun 2026 08:34 (UTC +04:00)

Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.

Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iyunun 9-da saat 06:50 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır".

Hadisə nəticəsində 1 nəfərin (kişi) isə həkiməqədər ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR