Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb, uşaq ölü doğulub - YENİLƏNİB-1

Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb, uşaq ölü doğulub - YENİLƏNİB-1
# 21 fevral 2024 17:12 (UTC +04:00)

Fevralın 18-də saat 08:44 radələrində 1991-ci il təvəllüdlü Ağdaş rayonu, Hapıtlı kənd sakini (qadın cinsli) Təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və doğum şöbəsinə yerləşdirilib. Vətəndaş saat 11:30 radələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşdan azad edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılmış reanimasyon tədbirlərə baxmayaraq, zahı qadının fevralın 21-də saat 10:13 radələrində bioloji ölümü qeydə alınıb.

***

15.24

Ağdaşda 33 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra ölməsi faktı araşdırılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görıə, fevralın 18-də Ağdaş rayonu, Hapıtlı kənd sakini 1991-ci il təvəllüdlü Nübar Mərdanovanın Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Doğum şöbəsində ölü uşaq doğması, bu gün günorta saatlarında isə Nübar Mərdanovanın müalicə aldığı həmin xəstəxanada ölməsi faktları üzrə Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

***

14.46

Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb.

APA xəbər verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Aləmdə Nəsib

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR