Ağstafada avtomobilin vurduğu 92 yaşlı kişi ölüb

Ağstafada avtomobilin vurduğu 92 yaşlı kişi ölüb
# 21 iyul 2024 17:36 (UTC +04:00)

Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR