Ağstafada külək parkda ağacı aşırıb, xəsarət alanlar var

Ağstafada külək parkda ağacı aşırıb, xəsarət alanlar var
# 20 iyun 2024 21:42 (UTC +04:00)

Ağstafada güclü külək ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, iyunun20-də axşam saatlarında külək Ağsatafanın mərkəzində iri gövdəli ağacı aşırıb.

Hadisə nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962- cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Rayonun Dağkəsəmən kəndində isə fermda ağacın aşması nəticəsidə 2006-cı il təvəllüdlü Elcan Əlibalayevdə xəsarət alıb.

Hər üç yaralının müalicəsi xəstəxanada davam etirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR