ANAMA mina hadisələri ilə bağlı çağırış edib - VİDEO

ANAMA mina hadisələri ilə bağlı çağırış edib - VİDEO
# 07 dekabr 2023 14:20 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

Bu barədə ANAMA-dan APA-ya daxil olan məlumatda deyilir.

"Nərəzə alın ki:
• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.
• Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.
• Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!
• Naməlum və şübhəli əşyalara toxunmayın!
• Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!
• Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
• Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir", ANAMA-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR