Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
# 02 mart 2024 07:26 (UTC +04:00)

Martın 2-də saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya bildirilib ki, ilkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

06.16

Martın 2-də saat 03 radələrində Yevlax rayonunda 1987-ci il təvəllüdlü Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini tötətməkdə şübhəli bilinən L.Bəkirovanın həyat yoldaşı 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR