Astarada 8 aylıq körpə yeriş manejindən yıxılaraq ölüb

Astarada 8 aylıq körpə yeriş manejindən yıxılaraq ölüb
# 22 may 2024 02:21 (UTC +04:00)

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə yeriş manejindən yıxılıb və xəsarət alıb.

Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR