Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, nəqliyyat vasitələri və heyət Ağdamdan Xankəndi şəhərinə doğru hərəkət edib.
Həmçinin, Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili və heyəti zəruri avadanlıqlarla yola düşəcək.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün sentyabrın 26-da əraziyə Azərbaycan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Emin Babayev