Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub, afterşoklar qeydə alınır - YENİLƏNİB-3

Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub, afterşoklar qeydə alınır - YENİLƏNİB-3
# 07 dekabr 2023 10:22 (UTC +04:00)

Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələnin maqnitudası 5,5, dərinliyi 70 km olub.

Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

***

09:40

Hazırda zəif afterşoklar qeydə alınır.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

09:11

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km-dir.

***

08:38

Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

08.17

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR