Bakı dairəvi yolunda qəza olub, ölən var - FOTO - YENİLƏNİB

Bakı dairəvi yolunda qəza olub, ölən var - FOTO  - YENİLƏNİB
# 02 oktyabr 2023 02:15 (UTC +04:00)

Bakı dairəvi yolunda qəza nəticəsində ölən piyadanın şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, ölən piyada 1988-ci il təvəllüdlü Ceyhun Mustafayevdir.

***

01.06

Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb.

Şosedə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən təxminən 30-35 yaşlı kişini “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şosedə sıxlıq yaranıb. Ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Sürücünün izahatı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR