"Ulduz" metrostansiyasında qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

"Ulduz" metrostansiyasında qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb  - YENİLƏNİB
# 03 oktyabr 2024 23:33 (UTC +04:00)

"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.




***
19:36


Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

APA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"ndən bildirilib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

Sərnişinin səhhəti barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteninin" “28 May” stansiyasında da sərnişin stansiya yoluna düşərək ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR