Oktyabrın 16-da saat 08:20-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 nəfər qadın cinsli, 3 nəfər kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Məlumata görə, onlardan bir nəfər 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.
1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.
2000-ci il təvəllüdlü şəxsə (kişi cinsli) əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb. 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, bazu oynağının əzilməsi diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir. 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üz nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
11.40
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin 5 nəfər əməkdaşı xəsarət alıb. Onlar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.