Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb

Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb
# 09 dekabr 2023 13:04 (UTC +04:00)

Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR