Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapılıb

Kənan Qurbanlı

© APA | Kənan Qurbanlı

# 15 may 2025 18:36 (UTC +04:00)

Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.

APA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.

Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR