Bakıda avtomobildən 16 min manat və 2 min dollar oğurlanıb

Bakıda  avtomobildən 16 min manat və 2 min dollar oğurlanıb
# 07 dekabr 2023 10:16 (UTC +04:00)

Bakıda avtomobildən oğurluq edilib.

DİN-dən APA-ya verilən xəbərə gprə, dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR