Bakıda avtomobildən 38 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən 38 min manatlıq qızıl oğurlanıb
# 07 dekabr 2023 10:33 (UTC +04:00)

Bakıda avtomobildən xeyli miqdarda qızıl oğurlanıb.

DİN-dən APA-ya verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR