Bakıda baş verən yanğında xəsarət halı qeydə alınmayıb

Bakıda baş verən yanğında xəsarət halı qeydə alınmayıb
# 22 fevral 2024 20:51 (UTC +04:00)

22.02.2024-cü il tarixdə saat 19:19 radələrində İzmir küçəsində baş verən yanğın səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Hadisə ilə bağlı xəsarət halı və təcili yardım briqadasına müraciət qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR