Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 58 m² olan 2 otaqlı məzilin mətbəxində mebel 12 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.