Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub
# 30 noyabr 2023 10:44 (UTC +04:00)

Bakıda bıçaqlanma olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 29-da saat 23 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Ağsu rayon sakini olan bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü C.Osmanov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR