Bakıda doğum evinin ərazisində yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda doğum evinin ərazisində yanğın söndürülüb - YENİLƏNİB-2
# 19 iyun 2024 16:06 (UTC +04:00)

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir:

"Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb".

Aləmdə Nəsib

***

15.54

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

15.31

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kv. m sahədə taxta və məişət tulantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15.13

Bakının Səbail rayonunda, doğum evinin yaxınlığında qeydə alınan yanğın məhdudlaşdırılıb.

FHN-dən APA-nın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 112-i qaynar xəttinə Səbail rayonu, Neftçi Qurban küçəsində 50 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa bir vaxtda məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR