Bakıda dönərxanada yanğın olub - YENİLƏNİB

Bakıda dönərxanada yanğın olub - YENİLƏNİB
# 13 iyun 2024 15:34 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 68 m² olan dönərxananın kondisionerinin, havalandırma sisteminin mühərrik hissələri və binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində kabel 1 p.m yanıb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Mənzillər və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13.35

Bakının Nizami rayonunda yanğın qeydə alınıb.

APA xəbər verir ki, yanğın metronun “Neftçilər” metrosunun yaxınlığında yerləşən dönərxanada qeydə alınıb.

FHN-dən APA-ya verilən məıumata görə, Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR