Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO
# 24 iyul 2024 04:33 (UTC +04:00)

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR