Bakıda idmançı xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda idmançı xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 10 sentyabr 2024 17:19 (UTC +04:00)

Bakıda idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinaətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y. İsmayılov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğa məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov isə Etibarın xalası oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR