Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var  - FOTO
# 15 aprel 2024 02:15 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü ara məsafəsini gözləmədiyi üçün nəqliyyat vasitəsini kəsişmədə olan “Hyundai” markalı maşına çırpıb.

Zərbə güclü olduğundan “BMW”də olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR