Bakıda iranlı iş adamı qarət olunub

Bakıda iranlı iş adamı qarət olunub
# 26 fevral 2019 15:36 (UTC +04:00)

Bakıda İran vətəndaşı öz mağazasında qarət edilib.

ONA-nın məlumatına görə, İran İslam Respublikasının vətəndaşı, 1965-ci il təvəllüdlü Əmir Musəvi Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, fevralın 25-də saat 17 radələrində rayon ərazisində fəaliyyət göstərən, özünə məxsus “İran məhsulları” mağazasından “Samsung S-9” markalı telefonunun oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR