Bakıda məktəblinin qızılcadan öldüyü bildirilir - YENİLƏNİB

Bakıda məktəblinin qızılcadan öldüyü bildirilir - YENİLƏNİB
# 30 noyabr 2023 15:11 (UTC +04:00)

195 nömrəli tam orta məktəb IV sinif şagirdinin ölümü ilə bağlı məlumat yayıb.

Məktəbdən APA-ya verilən məlumata görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər:

"Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.

Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.

Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir".

***

12:47

Bakıda məktəbli vəfat edib.

APA xəbər verir ki, bu barədə sosial şəbəkə məlumat yayılıb.

Məlumata görə, Qaradağ rayonu 195 saylı məktəbin Rinat adlı 4-cü sinif şagirdi vəfat edib.

Qeyd edək ki, onun qızılcadan öldüyü bildirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub:

"Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR