Bakıda mənzildə yanğın baş verib - FOTO

Bakıda mənzildə yanğın baş verib  - FOTO
# 04 mart 2024 02:21 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə M.C.Paşayev küçəsi 18 ünvanında yerləşən beşmərtəbəli binada qeydə alınıb.
İkinci mərtəbədə yerləşən mənzilin mətbəxində yerləşən paltaryuyan maşın alışıb. Ev sahibi yanğını söndürmək istəyərkən tüstüdən zəhərlənib. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Alovun mətbəxdən digər otaqlara keçməsinin qarşısı alınıb.
Evin sahibi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR