Bakıda qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTO - VİDEO

Bakıda qəza zamanı yol təsərrüfatına ziyan dəyib - FOTO  - VİDEO
# 09 dekabr 2023 03:13 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü, maşını eyni markalı avtomobilə çırpıb. Qəza nəticəsində yol nişanı sıradan çıxıb.

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR