Bakıda qonşular arasında dava olub, saxlanılan var - YENİLƏNİB

Bakıda qonşular arasında dava olub, saxlanılan var - YENİLƏNİB
# 20 may 2024 00:23 (UTC +04:00)

Bakıda qonşular arasında dava zamanı bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olar Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməli törətməkdə şübhəli bilinən Vüsal Məhəmmədli saxlanılıb.

"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır", - deyə nazirlikdən bildirilib.

***

19.05.2024

Saat 22:58

Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.

Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.

Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR