Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
# 02 mart 2024 10:48 (UTC +04:00)

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, Nizami rayon ərazisində Rəhimov Nadir Əhmədağa oğlu idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı sərnişin avtobusu ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü İbrahimov Oruc İbrahim oğlunu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR