Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var - FOTO

Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var - FOTO
# 29 may 2024 06:19 (UTC +04:00)

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Mehdi Mehdiyev idarəetməsində olan “Toyota Prius” markalı maşında olarkən telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb.

Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb.

Yaralı Kliniki Tibbi Mərkəxə yerləşdirilib.

Sürücü APA-ya bildirib ki, naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.

Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR