Bakıda Toyota sürücüsü qəza törədib

Bakıda Toyota sürücüsü qəza törədib
# 25 fevral 2024 02:15 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Toyota Prius" markalı minik avtomobilini səkiyə çırpıb. Daha sonra sürücü avtomobili yolun kənarındakı mağazaya çırpmadan dayandıra bilib. Sürücü yüngül xəsarət alıb.

Avtomobil yararsız vəziyyətə düşüb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR