Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
# 18 may 2024 13:12 (UTC +04:00)

Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən 7 evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb. Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR