Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 07 dekabr 2023 04:13 (UTC +04:00)

Xəbərə video əlavə olunub.

***

02.19

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Zəncirvari qəza “Mercedes”, “KamAz”, “Hyundai”, “Nissan” və digər 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Hadisədə “Mercedes” markalı minik avtomobili yararsız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb.

Qəza səbəbindən prospektdə tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR