Bakıda zəncirvari qəzada avtomobil tanınmış marketə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda zəncirvari qəzada avtomobil tanınmış marketə çırpılıb, xəsarət alan var - FOTO
# 28 fevral 2024 02:18 (UTC +04:00)

Bakının Nizami rayonunda 3 maşın qəzaya uğrayıb.

APA xəbər verir ki, yol qəzası Nizami rayonu Mehdi Abbasov küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Toyota Camry” markalı maşının sürücüsü sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi onunla eyni istiqamətdə olan “Mercedes”ə çırpılıb.

Ardınca “Mercedes” “Lada Priora” markalı maşına dəyib.

İdarəetmədən çıxan “Lada” tanınmış marketin şüşəsinə çırpılaraq dayanıb. Qəza zamanı “Mercedes” markalı maşında olan sərnişin müxtəlif xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər üç sürücünün izahatı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR