Bakının mərkəzində kafedə yanğın olub - VİDEO - YENİLƏNİB

Bakının mərkəzində kafedə yanğın olub - VİDEO  - YENİLƏNİB
# 11 dekabr 2023 12:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250m² olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4m² sahədə yararsız hala düşüb.

Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub.

***

11.11

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR