Bank Of Baku

Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürüb

Balakəndə avtomobil yaşlı qadını vuraraq öldürüb
# 18 iyul 2025 22:13 (UTC +04:00)

İyulun 18-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən 1954-cü il təvəllüdlü piyada Pitimat Eminovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı polis orqanında cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR