Balakəndə fərdi yaşayış evi yanıb - FOTO

Balakəndə fərdi yaşayış evi yanıb - FOTO
# 21 fevral 2024 20:48 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

20.12

Balakəndə dördotaqlı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 18:30-da rayonun Gərəkli kənd sakini Pədima Məhəmməd qızı Əlisoltanovaya məxsus, ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülmə işləri aparılır. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

Ev sahibi 74 yaşlı Ramazan Abduləziz oğlu Əlisultanovun fevralın 18-də vəfat etdiyi, yanğının yas mərasiminə hazırlıq işləri aparılan zaman baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR