Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb

Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb
# 18 iyun 2025 11:43 (UTC +04:00)

Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev sosial şəbəkədə canlı yayımda deyib.

Bildirilib ki, bu kimi hallara qarşı DİN-in Kibercinayətkarlıqla mübarizə idarəsi tərəfindən müvafiq addımlar atılır.

O, vətəndaşları bank kartları ilə bağlı məlumatları məxfi saxlamağa çağırıb: "Ümumiyyətlə, bu tipli cinayətlər vətəndaşların öz ehtiyyatsızılığından da baş verir. Vətəndaşlara öz şəxsi məlmatlarını internetdə paylaşmamağı və telefon proqramlarından "3D secure"-ni aktiv etməyi tövsiyə edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR