Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb

Beyləqanda avtomobil rəmzi giriş qapısına çırpılıb, 4 nəfər yaralanıb
# 18 may 2025 12:01 (UTC +04:00)

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Qəzada yaralananların hərbçi olduqları bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR