Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
# 26 fevral 2024 20:33 (UTC +04:00)

Fevralın 26-sı saat 07:26 radələrində Bakı-Astara magistralının Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1965-ci il, 1979-cu il və 1986-cı il təvəllüdlü (kişi cinsli) 3 nəfərə bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib:

" Zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar" .

"1971-ci il təvəllüdlü (kişi cinsli) şəxsə onurğanın 12-ci fəqərəsinin sınığı diaqnozu təyin edilib. Xəsarət alan şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda qeyd edilib.

***

18.18

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişovun idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada sürücü və 4 şərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin istiqamətdə yolda təmir işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR