BQXK: Azərbaycanda 30 ildə 3 mindən çox insan minadan zərər görüb

BQXK: Azərbaycanda 30 ildə 3 mindən çox insan minadan zərər görüb
# 04 dekabr 2023 10:15 (UTC +04:00)

Azərbaycanda 30 ildə 3 mindən çox insan minadan zərər görüb.

APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin silahların yaratdığı təhlükə məsələləri üzrə koordinatoru Bişnu Mahat "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstəririk. Bizim əsas məqsədimiz mina qurbanları ilə işləməkdir. Bundan başqa, Müdafiə Nazirliyi və ANAMA mütəxəssislərinə dəstək olaraq partlayış travmaları zamanı tibbi müdaxilə təlimi də həyata keçiririk. 10 mina qurbanı ilə hazırda təlimçi kimi əmədaşlıq edirik”, BQXK nümayəndəsi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR