Cəlilabad sakini mağazadan ərzaq alarkən ölüb.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Mərkəzi bazarında baş verib.
Cəlilabad rayon sakini 1951-ci il təvəllüdlü Tomarxan Əhədov mağazaların birindən ərzaq alarkən halı pisləşib və onun öldüyü müəyyən olub.
T.Əhədovun meyiti daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.