Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb

Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
# 12 may 2025 22:16 (UTC +04:00)

Cəlilabad sakini atdan yıxılaraq ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Tofiq Allaverən oğlu Əliyev Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən maldarlıq obasında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İlkin məlumata görə, o, ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb. T. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR